"Roma"nın mərkəz müdafiəçisi Evan Obit N'Dikka karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, "Barselona" klubu afrikalı futbolçunun xidmətində maraqlıdır. Kataloniya təmsilçisi Fil Dişi Sahilinin üzvü ilə bağlı məlumat toplamaq üçün ilkin məsləhətləşmələr aparıb.
Mənbənin məlumatına görə, "Barselona"nın hazırkı marağı məlumat toplamaqla məhdudlaşır; açıq danışıqlar aparılmır. 26 yaşlı oyunçu "blaugrana"nın bir neçə tələbini yerinə yetirir.
N'Dikka bu mövsüm bütün yarışlarda 31 oyunda meydana çıxıb və üç qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.
N'Dikka 2024-cü ildə Fil Dişi Sahili ilə Afrika Millətlər Kubokunu qazanıb.