EN

Dubayda müharibə səbəbindən 10 günlük təzə qida ehtiyatı qalıb

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

Dubayda müharibə səbəbindən 10 günlük təzə qida ehtiyatı qalıb

ABŞ və İran arasındakı müharibə fonunda təchizat zəncirlərindəki fasilələr səbəbindən Dubayın cəmi 10 günlük təzə məhsulu qalıb.

Oxuməni.az xəbər verir ki, bu barədə böyük nəqliyyat-logistika şirkətinin rəhbəri Ştefan Paul Almaniyanın "Heute" nəşrinə açıqlama verib. Onun sözlərinə görə, münaqişə dünya hava yükdaşımalarının təxminən 18%-ni sıradan çıxarıb, dəniz daşımaları da ciddi şəkildə zərər görüb.

Ekspert qeyd edib ki, Avropa daha az təsirlənib, lakin idxaldan güclü şəkildə asılı olan Fars körfəzi ölkələri vəziyyətin sürətlə pisləşməsi riski ilə üzləşiblər. Paul ən kritik vəziyyətin təzə məhsullar – tərəvəz və meyvələrlə bağlı olduğunu bildirib.

O, Səudiyyə Ərəbistanından quru yolu ilə daşımaların texniki cəhətdən mümkün olduğunu, lakin mövcud imkanların yetərli olmadığını vurğulayaraq, bir konteyner gəmisinin (20 minə qədər konteyner) yük axınını quru nəqliyyatı ilə kompensasiya etməyin demək olar ki, qeyri-mümkün olduğuna diqqət çəkib.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
1
oxumeni.az

2Sources