EN

Azərbaycana hücum İran ordusunu ikiyə bölür?

İrandakı molla rejiminin Azərbaycan və Türkiyəyə qarşı təcavüzkar və təhdid bəyanatları, təxribatçı əməlləri, əsasən də Naxçıvana PUA hücumunun həyata keçirillməsi İran ordusunda xidmətdə olan azərbaycanlı hərbçilərin etirazlarına səbəb olub. İran ordusundakı azərbaycanlı generalların, zabitlərin istefa verdiyi barədə xəbərlər yayılıb. Bu barədə Güney Azərbaycan "Telegram" kanalları məlumat yayıblar.

Bildirilib ki, 11-ci Marağa artilleriya qrupunda xidmət edən hərbçilərin əhəmiyətli hissəsi xidmət yerlərini tərk ediblər.

Bu proses kütləvi hal ala və miqyası genişlənə bilərmi?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, İranda yaşayan azərbaycanlıların sayı çox olduğuna görə onların bir hissəsi də orduda və təhlükəsizlik strukturlarında xidmət edir. Hətta bəzi hərbi hissələrdə şəxsi heyətin əhəmiyyətli hissəsi azərbaycanlılardan ibarətdir. Buna görə də Azərbaycan və Türkiyəyə qarşı hərbi hücumlar və ya təhdidlər həmin hərbçilər arasında təbii olaraq narazılıq yarada bilər. Narazılığın ordudan kütləvi imtinaya qədər böyüməsi isə bir neçə şərtin reallaşmasından asılıdır:
“Birincisi, əgər İranın Azərbaycan və ya Türkiyəyə qarşı hücumları davam edə və genişlənərsə İrandakı soydaşlarımızın, eləcə də ordu daxilindəki azərbaycanlıların etirazlarının artması mümkündür”.

Politoloq hesab edir ki, Marağa artilleriya qrupunda baş verdiyi iddia edilən hadisə doğru olarsa, bu, İran daxilində milli və siyasi gərginliyin ordunun daxilinə də sirayət etdiyini göstərən siqnallardan biri ola bilər: “Lakin bunun genişmiqyaslı hərbi üsyana çevrilməsi üçün hələ çoxsaylı siyasi və hərbi faktorların üst-üstə düşməsi lazımdır.

Marağa və ya digər bölgələrdəki hadisələr başqa hissələrə də təsir etsə, domino effekti yarana bilər.
Belə xəbərlər sosial şəbəkələr və yerli media vasitəsilə geniş yayılarsa, bu da yeni etirazlara stimul verə bilər”.

Q.Hüseynli sonda qeyd edib ki,etirazların artması mümkündür, amma İran ordusunda kütləvi parçalanmanın başlaması üçün digər faktorların da yetişməsi, meydana gəlməsi lazımdır.

Etibar Seyidağa,
Musavat.com

Chosen
101
musavat.com

1Sources