EN

Volkan Dəmirələ sürpriz təklif

Türkiyənin tanınmış məşqçisi Volkan Dəmirəl sürpriz təklif alıb. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, Ankaranın “Gənçlərbirliyi” klubu mövsümü tanınmış mütəxəssisin rəhbərliyi altında başa vurmaq istəyir. Bununla bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Volkan Dəmirəl Türkiyənin “Hatayspor”, “Karagümrükspor” və “Bodrumspor” klublarının baş məşqçisi olub. 44 yaşlı mütəxəssis 2025-ci ilin oktyabr-dekabr aylarında “Gənçlərbirliyi” klubunun baş məşqçisi işləyib. Komanda uğursuz nəticə göstərdiyi üçün Dəmirəlin müqaviləsinə son verilib.

Chosen
20
metbuat.az

1Sources