EN

​"Qalatasaray" prezidentindən futbolçulara inanılmaz jest

Sabah Türkiyədə "Beşiktaş" - "Qalatasaray" dərbisi keçiriləcək. Hər iki komanda qələbə üçün meydana çıxacaq. Metbuat.az xəbər verir ki, sarı-qırmızılı klubun prezidenti Dursun Özbək kritik oyundan əvvəl futbolçulara səs-küylü vəd verib. Özbək "Bu matçda qalib gəlsəniz, hər birinizə ağ çek verəcəm. Kimin ürəyi hansı məbləğı istəsə, yaza bilər. Yazdığınız məbləğ son qəpiyinə kimi hesabınıza yatırılacaq", - deyib.

"Qalatasaray" prezidenti gələn həftə baş tutacaq "Liverpul" matçı üçün də xüsusi mükafat fondu ayrıldığını açıqlayıb.

Chosen
34
metbuat.az

1Sources