EN

Galaxy S26 Ultra təqdim olunmadan rekord qırdı

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Flqaman smartfon "Samsung Galaxy S26 Ultra" "Mobile World Congress 2026" sərgisində əsas mükafata – "Global Mobile Awards" çərçivəsində təqdim edilən "Best in Show" mükafatına layiq görülüb.

Ölkə.az xəbər verir ki, bu barədə "GizmoChina" məlumat yayıb.

Münsiflər heyəti onu bütün tədbirin ən yaxşı məhsulu kimi qiymətləndirib.

Ekspertlər cihazın aparat təminatının One UI 8.5 proqram interfeysi və "Galaxy AI" funksiyaları ilə uyğun şəkildə işləməsini yüksək qiymətləndiriblər. Bu alətlər gündəlik tapşırıqları asanlaşdırır və eyni zamanda istifadəçinin məxfiliyinin qorunmasını gücləndirir.

Xüsusilə daxili "Privacy Display" sistemi diqqət çəkib. Bu texnologiya ekranın məxfiliyini artırır (yan tərəfdən baxanların görüntünü görməsini çətinləşdirir), lakin görüntü keyfiyyətini və istifadəçi üçün parlaqlığı azaltmır.

Rəsmi satışlar başlamazdan əvvəl belə "Galaxy S26" seriyasına böyük tələbat müşahidə olunur. Cənubi Koreya telekommunikasiya operatorlarının məlumatına görə, ön sifarişlərin tempi artıq əvvəlki nəsil olan "Samsung Galaxy S25" modelinin göstəricilərini üstələyir (S25 təxminən 1,3 milyon ön sifariş toplamışdı).

Bütün sifarişlərin təxminən 70 faizi məhz Galaxy S26 Ultra modelinin payına düşür. Bu isə göstərir ki, seriyanın ən yüksək səviyyəli versiyası istifadəçilər arasında ən çox gözlənilən modeldir.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
115
1
olke.az

2Sources