EN

Yaxın Şərqdə gərginliklə əlaqədar təxliyələr davam edir

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin aviaşirkətləri bu gün ölkədən bəziəsas qlobal şəhərlərə uçuşları qismən bərpa etsə də, regiondagərginlik yüksək olaraq qalır.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumatlara görə, bu gün hökumət tərəfindən təşkil edilən "AirFrance" repatriasiya reysi ərazidə raket atəşi səbəbindən geridönmək məcburiyyətində qalıb.

ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlaması Yaxın Şərqdəçoxsaylı uçuşların ləğvinə səbəb olub. Bu vəziyyət aviaşirkətlərivə hökumətləri sərnişinlərə dəstək göstərmək üçün təxliyə və əlavəreyslər təşkil etməyə məcbur edib. Münaqişənin yanacaq qiymətləriniartırması isə Yeni Zelandiyadan Yaponiyaya qədər bir sıraaviaşirkətlərin səhmlərinin ucuzlaşmasına gətirib çıxarıb. Bölgədənçıxmaq istəyən sərnişinlər yüksək məbləğlər ödəməli olurlar.Omandan kommersiya reysi ilə geri qayıdan bəzi sərnişinlər Dubaydanevlərinə qayıtmağın tamamilə xaos olduğunu bildiriblər.

Raket və pilotsuz uçuş aparatları ilə bağlı təhlükə səbəbindənregionun hava məkanının böyük hissəsi hələ də bağlıdır. Buna görədə səlahiyyətlilər on minlərlə səyahətçini təxliyə etmək üçünçarter reysləri təşkil edir və məhdud sayda kommersiya uçuşlarındayerlər ayırırlar.

Böyük Britaniyanın Omandan ilk repatriasiya reysi əməliyyatproblemləri və sərnişinlərin minməsində yaranan gecikmələrdən sonracümə günü səhər tezdən Londonun Stansted hava limanına enib.

Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı da hərbinəqliyyat təyyarəsi ilə təxliyə edilən ilk Polşa vətəndaşlarınıncümə günü ölkəyə çatdığını açıqlayıb. Portuqaliya Xarici İşlərNazirliyi isə 139 Portuqaliya vətəndaşı və səkkiz əcnəbini daşıyançarter reysinin Lissabona enəcəyini bildirib.

Regional təhlükəsizlik vəziyyəti səbəbindən cümə günü SəudiyyəƏrəbistanının paytaxtı Ər-Riyada uçan aviaşirkətlərdən birimarşrutunu dəyişərək Misirin Qahirə şəhərinə eniş etməli olub.

Yaxın Şərqdəki məhdud əməliyyatlar xüsusilə AvropadanAsiya-Sakit okean regionuna səyahət edən sərnişinlərə ciddi təsirgöstərib. "Emirates", "Qatar Airways" və "Etihad" aviaşirkətləribirlikdə Avropadan Asiyaya sərnişinlərin təxminən üçdə birini,Avropadan Avstraliya, Yeni Zelandiya və Sakit okean adalarına isəyarıdan çoxunu daşıyır.

Chosen
125
1
az.trend.az

2Sources