EN

SEPAH: BƏƏ, İordaniya və Qətərdə ABŞ-a məxsus radar sistemləri məhv edilib

İran ABŞ-a məxsus radar sistemlərini məhv edib.
 
Bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
 
Məlumata görə, SEPAH-ın raket və PUA bölmələri regiondakı THAAD və "Səhranın gözü” radarlarını məhv edib.
 
"BƏƏ və İordaniyada yerləşdirilmiş ABŞ-a məxsus THAAD radarları, həmçinin Qətərdə yerləşən ABŞ-ın FPS-132 uzaqmənzilli (over-the-horizon) radarı — "Səhranın gözü” adlandırılan sistem İslam İnqilabı Keşikçiləri Korpusunun raket və PUA bölmələri tərəfindən məhv edilib”, - məlumatda qeyd olunub.
Chosen
49
5
sitat.info

6Sources