EN

İngiltərəli futbolçu Braziliya klubunda

Cessi Linqardın yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu karyerasını Braziliyada davam etdirəcək.

Linqard "Korintians"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Mançester Yunayted", "Lester Siti", "Birmingem", "Vest Hem", "Derbi Kaunti", və "Nottingem Forest"də çıxış etmiş Linqardın son klubu Cənubi Koreya təmsilçisi "Seul" olub.

saytlarin hazirlanmasi

Chosen
48
1
sportal.az

2Sources