EN

İşgüzar azərbaycanlı qadınlarla növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Gürcüstanın işgüzar azərbaycanlı qadınları ilə növbəti görüşMarneuli şəhərində keçirilib.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin təşəbbüsü və dəstəyi ilə baş tutan görüşdə Kvemo Kartlibölgəsindəki soydaşlarımız iştirak edib.

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin sədriLeyla Əmrahova tədbirin məqsədinin müxtəlif sahələrdə uğur qazananxanımların fəaliyyətini işıqlandırmaq, onların nailiyyətlərinitəqdim etmək və qarşılıqlı fikir mübadiləsi üçün platforma yaratmaqolduğunu bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müaviniŞəfəq Binnətova çıxışında qurumun xaricdə yaşayanazərbaycanlıların, xüsusilə qadınların bir araya gəlməsinə vəmüxtəlif sahələrdə fəaliyyət göstərən soydaşlarımızın yerlicəmiyyətə inteqrasiyasına göstərdiyi dəstəkdən danışıb. O, həmçiningənc nəslin ana dilini, mədəniyyətini və tarixini qoruması üçünhəftəsonu məktəblərinin fəaliyyətinə dəstək verildiyini, eləcə dədiaspor fəalı qadınların xüsusilə Vətən müharibəsi dövründəinformasiya cəbhəsində mühüm işlər gördüyünü vurğulayıb.

Daha sonra müxtəlif sahələrdə fəaliyyət göstərən xanımlaruğurlarından bəhs edib və göstərilən dəstəyə görə Azərbaycandövlətinə minnətdarlıqlarını bildiriblər.

İşgüzar
İşgüzar
İşgüzar
Chosen
70
az.trend.az

1Sources