EN

Emin Əmrullayev təqaüddə olan qabaqcıl qadın təhsil işçiləri ilə görüş keçirib

Martın 6-da elm və təhsil naziri Emin Əmrullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təqaüddə olan bir qrup qabaqcıl qadın təhsil işçiləri ilə görüş keçirib.

Bu barədəElm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə ümumi təhsil müəssisələrində uzun illər pedaqoji fəaliyyət göstərmiş müəllimlər və məktəb direktorları iştirak ediblər. Nazir iştirakçıları bayram münasibətilə təbrik edərək qeyd edib ki, ömrünün ən məhsuldar illərini müəllimliyə və təhsil idarəçiliyinə həsr etmiş pedaqoqlar Azərbaycan təhsilinin inkişafında mühüm rol oynayıblar. Onların yetişdirdiyi minlərlə məzun bu gün cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verir.

Emin Əmrullayev çıxışında Azərbaycan məktəbinin formalaşmasında və milli-mənəvi dəyərlərin yeni nəsillərə ötürülməsində qadın müəllimlərin xüsusi rolunu vurğulayıb. Nazir bildirib ki, qadın pedaqoqlar yalnız bilik ötürən müəllimlər deyil, həm də cəmiyyətin mənəvi dayaqlarından biri kimi gənc nəslin formalaşmasında iştirak edirlər.

Chosen
120
15
aznews.az

10Sources