EN

Cəlilabadda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Cəlilabad rayonunun Göytəpə şəhəri, Qurtuluş prospektində yerləşən çayxanada yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ictimai iaşə obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib edilib və ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

 

Chosen
96
1
azertag.az

2Sources