EN

XİN İranın hücumundan sonra dəstək bəyanatları verən ölkələrə təşəkkür edib

Bakı. Trend:

İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasınınərazisinə həyata keçirdiyi hücumdan sonra beynəlxalqtərəfdaşlarımızdan aldığımız dəstək bəyanatları, məktublar vətelefon zənglərinə görə səmimi minnətdarlığımızı bildiririk.

Trend xəbərverir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X"sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.

“Azərbaycana göstərilən həmrəyliyi, eləcə də ölkəmizinsuverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığınaverilən aydın dəstəyi yüksək qiymətləndiririk.

Bu müddət ərzində Azərbaycanın yanında olan bütün ölkələrə vəbeynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini vəəməkdaşlığını yüksək dəyərləndiririk”, - paylaşımda qeydedilib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanınapilotsuz uçuş aparatı ilə hücum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texnikivasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlarhəyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuzuçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biriAzərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib,digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülkiinfrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb vəməktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.

Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanatyayaraq, İran İslam Respublikasından vəziyyəti dərhalaydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrintəkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlərgörməsini tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlərNazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.

Chosen
64
5
az.trend.az

5Sources