Misli premyer-liqasında, 1-ci və 2-ci liqada fevral ayının ən yaxşı qollarının müəllifləri məlum olub.
"Football-plus.az" xəbər verir ki, qaliblər münsiflər heyətinin səsverməsi nəticəsində müəyyənləşib.
Premyer-liqada ötən ayın ən yaxşı qolunun müəllifi "Neftçi"dən Alessio Kurçi olub. 11 münsifdən 5-i məhz 24 yaşlı hücumçuya səs verib.
1-ci liqada "Bakı Sportinq"dən Elşən Abdullayevin, 2-ci liqada isə "Ağstafa Gəncləri"ndən Əli Bağırovun qolu fərqləndirilib.