EN

Bakıda dünya ulduzlarının iştirakı ilə Beynəlxalq Caz Gününə həsr olunmuş konsert keçiriləcək - VİDEO

Aprelin 30-da saat 20:00-da Heydər Əliyev Sarayında Beynəlxalq Caz Gününə həsr olunmuş bayram konserti keçiriləcək. Konsert 33 Event və Show Time tərəfindən təşkil olunur.

Day.Az xəbər verir ki, Beynəlxalq Caz Günü UNESCO tərəfindən təsis edilmiş və 2012-ci ildən etibarən hər il aprelin 30-da qeyd olunan beynəlxalq musiqi bayramıdır. Konsert caz musiqisinin sehrini, mədəniyyətlərarası dialoqu və yaradıcılıq enerjisini bir araya gətirən möhtəşəm sənət gecəsi vəd edir. Səhnədə Azərbaycan və dünya cazının tanınmış simaları ilə yanaşı, gənc və istedadlı musiqiçilər də çıxış edəcəklər.

Gecənin xüsusi qonaqları sırasında Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə və onun oğlu, əfsanəvi caz ustası Vaqif Mustafazadənin nəvəsi Ramiz-Xan Hacıyev yer alır. Onlar bu konsert üçün xüsusi olaraq Almaniyadan Bakıya gələcəklər. Tədbirin daha bir xüsusi qonağı ABŞ-dan olan dünya şöhrətli caz musiqiçisi Ronald Baker olacaq.

Konsert proqramında həmçinin Azərbaycanın Xalq artisti Salman Qəmbərov, Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi RAST qrupu, Əməkdar artistlər Sevda Ələkbərzadə, Emil Əfrasiyab və Ruslan Hüseynov, eləcə də Riad Məmmədov, Elvin Bəşirov, İsa Bağırov və Medina Paşayeva çıxış edəcəklər.

Biletləri əldə etmək üçün https://iticket.az/ru/events/concerts/baku-international-jazz-day-2026

İnformasiya dəstəyi: Trend.Az, Day.Az

Chosen
98
day.az

1Sources