London, 6 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı hücumların miqyasını artırmaq üçün Böyük Britaniyanın hərbi bazalarından istifadə etməyi planlaşdırır.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə katibi Pit Heqset bildirib.
O deyib ki, İran və xüsusilə Tehran üzərində həyata keçirilən hücumların intensivliyi yaxın vaxtlarda əhəmiyyətli dərəcədə artırılacaq:”ABŞ regiona daha çox qırıcı eskadrilyalar, əlavə hərbi texnika və müdafiə sistemləri göndərməyi nəzərdə tutur. Həmçinin bombardmançı təyyarələrin uçuşlarının da daha tez-tez həyata keçiriləcəyi gözlənilir”.
Pit Heqset qeyd edib ki, əvvəl bu məsələ ilə bağlı tərəddüdlər olsa da, artıq tərəflər razılığa gəlib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London