EN

AFFA "Qarabağ"ı "cərimə yağışı"na tutdu

AFFA "Qarabağ"ı cərimələyib.

Publika.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

21-ci tur çərçivəsində baş tutan "Qarabağ" - "Sabah" qarşılaşmasında Ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığı üçün komanda 700 manat məbləğində cərimələnib.

Bundan əlavə, "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8000 manat cərimə edilib.

Chosen
87
13
publika.az

10Sources