EN

Avtobusa dəyən ziyanı kim ödəyəcək?

Bu gün saat 07:30 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində “KamAZ” markalı yük maşını qəza törədib.

114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, qəza yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib:

“Sürücü B.Yusibovun idarə etdiyi “Daewoo” markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. 

Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır”.

Bəs dəyən zərər kim tərəfindən qarşılanacaq? 

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” şirkətindən “Cebheinfo.az”-a bildirilib ki, ilkin məlumata görə, günah digər sürücüdədir:

“Avtobus dayanacaqda olarkən, yük avtomobilinin sürücüsü yuxulu vəziyyətdə olub və onun idarə etdiyi yük maşını gəlib avtobusa dəyib.

Yük avtomobilinin sığortasının olduğunu bilmirəm, bu sonrakı mərhələdir. Ancaq dəyən xərci onun sığortası ödəməldir. Bizim avtobusların hamısı sığortalıdır. Sığortasız nəqliyyat vasitəsi mümkün deyil. Hazırda araşdırılacaq, müəyyənləşəcək, günah kimdədirsə, o tərəfdən də ödəniş olacaq”.

Chosen
45
cebheinfo.az

1Sources