Tehranın mərkəzində Xameneinin yeraltı kompleksi məhv edilib
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50 qırıcı təyyarə Tehranın mərkəzinə sarsıdıcı zərbələr endirərək, İranın artıq məhv edilmiş Ali dini lideri Ayətullah Xameneinin yeraltı bunkerini darmadağın edib. İdarəetmə kompleksinin birbaşa altında yerləşən bu bunker, fövqəladə hallarda Xamenei üçün təhlükəsiz komandanlıq mərkəzi kimi nəzərdə tutulmuşdu.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Ali ayətullah bu hücumdan bir qədər əvvəl zərərsizləşdirilsə də, yeraltı sığınacaq ölkənin yüksək rütbəli rəsmiləri tərəfindən istifadə edilməyə davam edirdi.
Sözügedən nəhəng yeraltı kompleks İran paytaxtının mərkəzində bir neçə küçəni əhatə edirdi. Kompleksdə çoxsaylı gizli girişlər və böyük iclas zalları mövcud idi. Bu məkan İran rejiminin ən mühüm hərbi komandanlıq mərkəzlərindən biri hesab olunurdu.
Xuraman Etibarlı
İnterpress.az