Xaçmaz rayonu ərazisində intihar hadisəsi baş verib.
“7Times.az” xəbər verir ki, Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Qədirov Fəxrəddin Fiyaz oğlu özünü işlədiyi Xaçmaz rayon Yeni Həyat kənd orta məktəbinin inzibati binasında asaraq intihar edib. Hadisə ötən gün axşam saatlarında baş verib. O, hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, mərhum ailəli idi, 3 uşaq atası idi. Onun həyat yoldaşı da həmin məktəbdə xadimə işləyir.
Faktla əlaqədar olaraq Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.