EN

Bakı Qızlar Universitetində 9-cu Beynəlxalq Dünya Qadın Tədqiqatları Konfransı keçirildi

Bu gün Bakı Qızlar Universitetində “World Women Studies Conference – IX” – 9-cu Beynəlxalq Dünya Qadın Tədqiqatları Konfransının açılış mərasimi keçirildi.

“İki sahil” xəbər verir ki, açılış mərasimi Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova qonaqları salamlayaraq, konfransın əhəmiyyətindən bəhs etdi. O, qadınların cəmiyyətdə rolu, gender bərabərliyi və sosial inkişaf məsələlərinin elmi müstəvidə müzakirəsinin vacibliyini vurğuladı. Tədbirdə İKSAD İnstitutunun prezidenti Dr. Mustafa Latif Emek və İKSAD İnstitutunun nümayəndəsi, professor Arzu Al da çıxış edərək, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışdılar.

Konfransın əsas məruzəçisi qismində vəkil Ayyücə Erva Yalçın çıxış edərək qadın hüquqları və qadınların cəmiyyətin inkişafındakı rolu barədə fikirlərini iştirakçılarla bölüşdü. Daha sonra universitetin magistr tələbəsi Həyat İsayevanın ifasında “Al bayrağım” şeiri səsləndirildi. Konfrans çərçivəsində sərgi də iştirakçıların diqqətinə təqdim olundu.

Bədii hissədən sonra konfrans proqramı çərçivəsində elmi məruzələr və panel müzakirələrinə keçid edildi. Tədbirin əsas məqsədi qadınların cəmiyyətdə rolunun elmi araşdırılması, gender məsələlərinin müzakirəsi və beynəlxalq elmi əməkdaşlığın inkişafına töhfə verməkdir.

 

Chosen
76
ikisahil.az

1Sources