EN

Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib?

Martın 5-də İranın Naxçıvana dron hücumunu ilə bağlı bir çox ölkənin rəhbərləri telefon zəngləri ilə Azərbaycan tərəfinə dəstək və narahatlıqlarını bildiriblər. Lakin Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Pezeşkian məsələyə münasibət bildirməyiblər.

Milli məclisin deputatı Cavanşir Paşazadə hesab edir ki, İran Prezidenti Pezeşkianın elə bir üzü qalmayıb ki, zəng etsin.

"İran tərəfi Azərbaycandan üzr istəməlidir. Pezeşkian da üz olmalıdır ki, zəng etsin. Rusiyanın zəng etməməsi isə onun daxilinin bu siyasətə necə baxmasından irəli gəlir. Rusiyanın Ukrayna ilə apardığı müharibə onu göstərir ki, regionda sabitliyi istəməyən ölkələrdən biridir. Ola bilsin ki, İranı dəstəkləyərək, onu haqlı sayır. Ona görə bu gündə zəng etməyib. Bu onların daxili siyasətidir. Amma bu gün bizim siyasətimizi prezident İlham Əliyev ortaya qoydu. Çünki Azərbaycan haqq yolundadır" deputat bildirib.

 Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, bu məsələdə İranın mövqeyi həll edicidir.

"İran Prezidenti Pezeşkian zəng edərək, hər hansısa bir səhv və ya başqa forma izah edə bilərdi. Yəni həll edici bir şərh olmalı idi. Təssüflər olsun ki, indiyədək, biz rəsmi cavab gözləməkdəyik. Rəsmi cavab bir çox suallara aydınlıq gətirəcək. Rusiyaya gəldikcə isə bu fərqli bir mövzudur. Onların Azərbaycana qarşı bir ilə yaxlndır  ki, yürütdüyü siyasət strateji tərəfdaşlıq məhfumdan uzaqdır. Biz bunu Azərbaycan təyyarəsinin vulmasında gördük. Azərbaycan diaspora aid olan, hətta Rusiya qaydalarına uzaq olan davranışları gördük. Yəni bu həmin xətrlərin davamıdır. Dövlət başçısı dönüş yaratmaq istəyirsə, mütləq ki, zəng etməlidir. Öz maraqlarını müsbət mənada göstərməli idi",- Zülfüqarov bildirib.

Deputat Hikmət Məmmədov vurğulayıb ki, İranın necə bir ölkə olması, onun hücumundan bir daha sübut edildi.

"İran rejiminin mahiyyəti bu hücumdan sonra bilindi. Bir gündə 3000-dən çox öz vətəndaşını öldürə bilirsə, o şəkildə də qonşu ölkələrin mülki obyetklərinə hücum edə bilərlər. Bu İranın siyasi tarixində ləkə olaraq qalacaq. Azərbaycanın beynəlxaq nüfuzuna görə, ölkəyə dost olan  nümayəndələr və prezidentlər münasibət bildiriblər. Bu çox mühüm hadisədir. Hətta Ermənistanın xarici işlər naziri də məsələyə münasibət bildirdi. Amma təssüf ki, Rusiya tərəfindən belə bir addımı görmədik. Bu gözlənilən idi. Biz Azərbaycana qarşı İran-Rusiya müttəqifliyinin  tarix boyu görmüşük. Bizim xalqımızın böyük hissəsi fars rejiminin əsarəti halında yaşayırlar. Bütün hallarda Azərbaycanın Rusiyaya olan həsas münasibəti konteksində əlbətdəki Rusiyadan da zəng gəlməli idi. Bu gün Pezeşkian hər şeydın təcrid olunub. İstəsə belə, zəng edə bilməzdi. Ya da zəng edəcəyi təqdirdə İranın xarici işlər naziri Abbas Əraqçının yalanını işfa etməli olacaqdı. Ona görə də biz təcili olaraq, bu cinayəti törədənlərin cəza çəkməsinə fokuslanmalıyıq",- o bildirib.

Millət vəkli Elçin Mirzəbəyovun sözlərinə görə, Naxçıvana hücumdan bir gün öncə qonşu ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslədiyini bəyan edən dövlətin başçısı hansı məntiqlə baş verən hadisədən sonra Azərbaycana zəng edə bilərdi.

"İranda baş verən prosesləri, daxildə baş verən hadisələri fərqli qiymətləndirmək lazımdır. Ola bilsin ki, Naxçıvana hücum məqsədyönlü xarakter daşıyır. Hazırda Ukraynada işğalçı siyasət yürüdən və dövlətlərin ərazi bütövlüyünə münasibətdə aqressiv siyasət yürüdən dövlət başçısının bu hərəkəti gözlənilən idi. Bu mövzuda Azərbaycana zəng etməyi prinsip baxımdan indiki halda inandırıcı görsənmir. Əslində bu kimi hadisələrin baş verməsi, dolayısı yolla təqdir olunur. Rusiya mediasında bu hadisə ilə bağlı təhrik edici məqamlar yer alırdı. Rusiyanın Cənubi Qafqazda faktiki olaraq mövcudluğunun minuma enməsi onlar üçün təhlükə hesab olunur. Bu  baxımdan Rusiya resursları baş verən hadisələri Rusiyanın təsir dairəsinin azalması ilə əlaqələndirirlər. İndiki şəraitdə Rusiyanın bu məsələyə reaksiyası düşünürəm ki, reallığın nəticəsi kimi qiymətləndirmək olar",- o bildirib.

Deputat Elman Nəsirov bildirir ki,  İran Prezidenti Pezeşkian ilk növbədə zəng etməli idi.

"Artıq baş vermiş hadisə ilə bağlı Azərbaycan dövlətinə dost, qardaş dövlətlərdən zənglər gəlir. Ölkə rəhbərlərindən zənglər gəlir. Öz dəstəklərini ifadə edirlər. İndiyə qədər nə İran prezidenti Pezeşkian nə də, Rusiya prezidenti zəng etməyib. Hesab edirəm ki, Pezeşkian ilk növbədə zəng etməli idi. Əsaslandıra bilər ki, döyüşlər gedir bu baxından yubanır. Hadisələrin gedişatı göstərir ki, bu gün İranda  hakimiyyətin müxtəlif qanadları arasında heç bir koordinasiya yoxdur.  SEPAH-da bildirib ki, bu Azərbaycana xəbərdarlıq idi. Belə olan vəziyyətdə doğrudanmı İran prezidentinə icazə vermirlər zəng etməyə? Doğrudanmı proses belədir? Əgər belədirsə, bu çox pis əlamətdir. İran prezidentinə Azərbaycanda böyük etimad var. Obyektiv ədalətli prezident kimi tanıyırlar. İran prezidenti bu motivlərə cavab verməlidir",- o vurğulayıb.

Nəsirovun sözlərinə görə, Putinin zəng edəcəyi ehtimalını aşağıdır.

"Rusiya və Azərbaycanın iki tərəfli münasibətlərimiz özünün yaxşı olmayan dövrünü yaşayır. Rusiya telekallarında Anti-Azərbaycan təbliğatı geniş yayılıb. Putinin zəngi olarsa, iki tərəfli münasibətlərə yaxşı təsir göstərər. Həm də məlum terror aktına reaksiyası nöqteyi-nəzərdən müsbət olardı. Amma ehtimallar azdır. Söhbət terrordan gedirsə, istənilən dövlətin başına gələr. Belə olan vəziyyətdə terror məsələsinə susqunluq qəbuledilməzdir",- o əlavə edib.

Deputat Azər Badamov vurğulayıb ki,  Naxçıvana edilmiş dron hücumu ilə bağlı bir sıra dövlət başçılarının İlham Əliyevə telefon əlaqəsi saxlayaraq münasibət bildirməsi, belə halların qəbuledilməz olduğunu bildirərək mənəvi dəstəklərini nümayiş etdirməsi ölkələr arası münasibətlərin göstəricisi və dost yanaşmasıdır.  

"Təəssüf ki, Iran prezidenti Məsud Pezişkian və Rusiya prezidenti tərəfindən məsələyə münasibət bildirilmədi. Pezeşkianın zəng etməməsi və Putinin susması çox güman ki, diplomatik hesablama ilə bağlı ola bilər. Bu, bəzən dövlətlərin məsuliyyət qəbul etməmək və ya tərəf tutmamaq üçün istifadə etdiyi klassik taktika sayılır. Amma   İran prezidenti  dünyanı narahat edən  bu məsələ ilə bağlı ən azından dərhal telefon əlaqəsi yaradaraq dövlət başçımızla müzakirə etməli idi. Əgər İran prezidentinin belə bir zəngi dərhal olsaydı ola bilısin ki, ölkəlrimizarası gərginlik bu qədər pik həddə çatmazdı.   Amma hadisənin üzərindən saatlar keçəndən sonra  ancaq XİN  rəhbəri Abbas Araqçının Ceyhun Bayramovla danışdığını və baş vermiş hadisədən İran dövlətinin məlumatlı olmadığını bildirilməsini məntiqli yanaşma olmadığını hesab edirəm.",o vur]ulayıb.

Gülnar Nazimqızı

Aytac Zeynalova

Chosen
64
2
anews.az

3Sources