ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnsanın yaşadığı hər an, əbədiyyətə açılan potensial zamanın bir hissəsidir. Ramazan Allahın razılığını qazanmaq üçün bir dövrdür. Mənəvi gözəlliklə dolu Ramazan ayı möminlər üçün mərhəmət və bağışlanma mövsümüdür. Bu qiymətli vaxtdan ibadət və xeyirxah əməllərlə maksimum dərəcədə istifadə edən möminlər əbədi xoşbəxtliyə qapı açırlar.
Hədisdə deyilir: “Ramazan ayı gəldikdə Cənnətin qapıları açılar, Cəhənnəm qapıları bağlanar və şeytanlar zəncirlənər.” Bu hədis göstərir ki, Ramazan ayında yaxşı işlər görüb pisliklərdən çəkinən mömin üçün Cənnətin qapıları açılar və Cəhənnəm qapıları bağlanar. Oruc tutmaqla nəfsini idarə etdiyi, Şeytana tabe olmadığı üçün Şeytanın əlləri və ayaqları bağlanar, təsirsiz hala düşər.
Bəs xroniki xəstəliyi olanlar Ramazan ayında oruc tuta bilərmi?
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbərportalına açıqlamasında bildirib ki, xroniki xəstəliyi olan, şəkər və təzyiq problemi yaşayan insanlar üçün Quranda buyurulur ki, xəstə və ya səfərdə olan başqa günlərdə tutsun: “Əgər həkim orucun zərərli olacağını deyirsə, insan özünü təhlükəyə atmamalıdır”.
“İslam insanı çətinliyə salmaq üçün deyil. Daimi xəstəlikdə fidyə verilməsi yolu var. Fidyə hər oruc tutula bilməyən gün üçün qida və ya onun pul qarşılığıdır. Burada məqsəd, orucun dəyərini qoruyaraq niyyətin tamamlanmasını təmin etməkdir.”-deyə ilahiyyatçı bildirib.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.