EN

Flik “Barselona”nı tərk edə bilər: Bu tarixdə bilinəcək

“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin klubdan ayrılmaq təhlükəsi var.

Publika.az xəbər verir ki, Xuan Laporta İspaniya nəhənginin prezidenti vəzifəsinə yenidən seçilməsə, bu baş verəcək. Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Almaniyalı mütəxəssis “Barselona” ilə müqaviləsini uzatmaqda maraqlıdır. Flik şəhəri, klubu və azarkeşləri sevir. Lakin baş məşqçi gələcəyini Laportanın katalon klubundakı mövqeyi ilə əlaqələndirir və onunla birlikdə komandaya strateji yanaşmanı formalaşdırmaq istəyir.

Əgər 15 mart tarixində Laporta “Barselona” prezidenti vəzifəsinə yenidən seçilməzsə, Flikin klubu tərk etməsi ya yayda, ya da 2027-ci ildə müqaviləsinin bitməsindən sonra mümkündür.

Chosen
71
publika.az

1Sources