EN

İran dünyadan tam qopub: İnternet blokadası 144 saatı keçdi

İran hakimiyyəti ölkə daxilində informasiya axınını tamamilə kəsmək üçün internet məhdudiyyətlərini rekord həddə çatdırıb.

Musavat.com xəbər verir ki, qlobal internet monitorinqi ilə məşğul olan "NetBlocks" qrupunun son hesabatına görə, İranda internetin kəsilməsi artıq 144 saatı (6 günü) ötüb.

Hazırda ölkə üzrə ümumi internet bağlantısı adi vaxtdakı səviyyənin cəmi 1%-ni təşkil edir ki, bu da praktiki olaraq İranın dünya ilə rəqəmsal əlaqəsinin tam kəsilməsi deməkdir. "NetBlocks" bu vəziyyəti "Oruellian mühiti" (totalitar nəzarət) kimi xarakterizə edib. Belə ki, İranın telekommunikasiya şirkətləri qlobal şəbəkəyə qoşulmağa və ya bloklamalardan yan keçməyə çalışan istifadəçiləri açıq şəkildə məhkəmə iddiaları və ağır cəzalarla hədələyirlər.

Ekspertlər bildirirlər ki, rəsmi Tehran bu addımla həm ölkədəki daxili etirazların görüntülərinin xaricə çıxmasının qarşısını almağa, həm də ABŞ-İsrail zərbələrinin fəsadları barədə məlumatları gizlətməyə çalışır. Məhdudiyyətlər təkcə fərdi istifadəçilərə deyil, həm də ölkənin onsuz da ağır vəziyyətdə olan bank və ticarət sektoruna böyük zərbə vurur.

Musavat.com

Chosen
117
musavat.com

1Sources