
ABŞ və İsrailin İranın Şiraz şəhərinə hücumları nəticəsində iki səhiyyə işçisi də daxil olmaqla iyirmi mülki şəxsin öldüyü bildirilir.
Missiya.Az "Mehr"ə istinadən xəbər verir ki, Fars əyalətinin qubernator müavini Cəlil Hüseyni məsələ ilə bağlı məlumat verib.
"Şirazdakı Zibaşəhr Parkı yaxınlığında baş verən hücumda 20 mülki şəxs həlak olub, 30 nəfər yaralanıb",-Hüseyni qeyd edib.
İran rəsmisi bildirib ki, Şirazdakı 115-ci Təcili Yardım Mərkəzi hücum nəticəsində tamamilə dağıdılıb və bələdiyyə binalarına da ziyan dəyib.
İlahə Qənbərli
Missiya.Az