“Fəlakət” obrazı ilə tamaşaçıların yaddaşında iz qoyan aktyor Elşən Orucov “Könüllü danış” layihəsinin növbəti qonağı olub. Səmimi və maraqlı söhbət zamanı aktyor həm televiziya sahəsində baş verən dəyişikliklərdən, həm də şəxsi və yaradıcılıq həyatından danışıb.
Verilişdə o, yerli televiziyalarda yayımlanan bəzi proqramların səviyyəsi və bayağı məzmun mövzusu barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Elşən Orucov yeni layihələrindən də danışıb. O, məşhur türk aktyoru Ozan Akbaba ilə planlaşdırılan yeni layihə barədə ilkin məlumat verib və bunun maraqlı əməkdaşlıq olacağını qeyd edib.
Bundan başqa, o, “Fəlakət” obrazının ona gətirdiyi məşhurluqdan, bu obrazın həyatında yaratdığı dəyişikliklərdən və gələcək planlarından da danışıb. Aktyor qeyd edib ki, tamaşaçılar onu əsasən bu obrazla tanısalar da, o, müxtəlif rollarda çıxış edərək aktyor kimi imkanlarını daha geniş şəkildə göstərmək istəyir.