EN

Britni Spirs saxlanıldı - Səbəb

Amerikalı müğənni Britni Spirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılıb.

Kulis.az xəbər verir ki, hadisə martın 4-də baş verib.

Saat 21:30 radələrində pop ulduzun avtomobili yol patrulu tərəfindən saxlanılıb. Saat 03:00-a qədər Spirsin həbs prosesi Ventura dairəsi Şerif İdarəsində tamamlanıb, saat 06:00-da isə o, azadlığa buraxılıb. Daha sonra müğənni qanında spirt səviyyəsinin müəyyənləşdirilməsi üçün xəstəxanaya aparılıb.

Müğənninin nümayəndəsi Keyt Hadson hadisə ilə bağlı açıqlama verərək bildirib: “Bu, uğursuz və yolverilməz bir hadisədir. Britni qanunlara uyğun hərəkət etməyə hazırdır. Ümid edirik ki, bu, onun həyatında uzun zamandır lazım olan dəyişikliklərin ilk addımı olacaq”.

Qeyd edək ki, müğənni ötən ilin sentyabrında da sükan arxasına sərxoş vəziyyətdə keçmişdi.

Chosen
25
6
kulis.az

7Sources