Venesuela və ABŞ arasında 2019-cu ildən bəri kəsilmiş olan diplomatik əlaqələrin rəsmən bərpa edildiyi elan olunub.
Musavat.com xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil öz "Telegram" kanalında məlumat paylaşıb.
Hər iki ölkənin hökuməti apardıqları diplomatik dialoqdan sonra həm diplomatik, həm də konsulluq əlaqələrini tam bərpa etmək qərarına gəliblər. Bu tarixi qərar, 2026-cı ilin yanvarında prezident Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra ölkədə yaranan keçid dövrünün ən mühüm diplomatik uğuru hesab olunur. Hazırda Venesuelada keçid hökumətinə başçılıq edən Delsi Rodriges və ABŞ Dövlət Departamenti bu addımın regionda sabitliyi təmin edəcəyini və iqtisadi dirçəlişə kömək edəcəyini bildiriblər. Artıq qarşılıqlı olaraq diplomatik nümayəndələrin təyin edildiyi və yaxın vaxtlarda səfirliklərin tam gücü ilə fəaliyyətə başlayacağı gözlənilir.
Musavat.com