EN

Piylənməyə qarşı mübarizədə yeni mərhələ

Tibb ictimaiyyətinin diqqət mərkəzində olan mühüm məsələlərdən biri - piylənmə probleminə həsr olunmuş "Piylənmə tibbi-sosial problem kimi. Müalicəsində yeniliklər" adlı Beynəlxalq konfrans uğurla baş tutmuşdur. Tədbir Andop Piylənmə assosiasiyası təşəbbüsü ilə təşkil edilmiş və müasir səhiyyə gündəliyində xüsusi yer tutan piylənmə probleminin həm tibbi, həm də sosial aspektdən dərin təhlilinə həsr olunmuşdur.

Konfransın əsas məqsədi artıq çəkinin sağlamlıq üçün artmaqda olan risk faktoruna çevrildiyini ön plana çıxarmaq, problemin həm qlobal, həm də yerli miqyasını diqqətə çatdırmaq və effektiv çəki idarəetməsi, erkən diaqnostika və müasir müalicə yanaşmalarının əhəmiyyətini vurğulamaq olmuşdu.

Mövcud beynəlxalq statistikaya əsasən:

* Dünyada 2,5 milyarddan çox insan artıq çəki problemi yaşayır

* 1 milyarddan çox insan piylənmə diaqnozu ilə qeydiyyatdadır

* Piylənmə XXI əsrin ən ciddi səhiyyə çağırışlarından biri hesab olunur

Azərbaycan üzrə göstəricilər də qlobal dinamikaya uyğundur. Keçirilmiş araşdırılmalara görə, əhalinin 65%-dən çoxu artıq çəki problemi ilə üzləşir. Son illər dünyada piylənmənin müalicəsi üçün mütəxəssisə müraciət səviyyəsi artdığı halda, Azərbaycanda çəkisi ilə bağlı həkimlə məsləhətləşən və təhlükəsiz, effektiv müalicə alan şəxslərin göstəriciləri dünya trendləri ilə müqayisədə xeyli aşağıdır. Bu kontekstdə maarifləndirmə, erkən müdaxilə və multidissiplinar yanaşmanın tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Konfrans çərçivəsində endokrinologiya, kardiologiya, dietologiya və ailə təbabəti üzrə yerli və beynəlxalq ekspertlər iştirak etmiş, piylənmənin patofiziologiyası, digər xəstəliklərlə əlaqəsi və müasir müalicə strategiyaları elmi sübutlara əsaslanan şəkildə müzakirə olunmuşdur.

Xüsusi diqqət klinik sübutların gündəlik tibbi praktikaya inteqrasiyasına, həmçinin artıq çəkidən əziyyət çəkən insanlara effektiv kommunikasiya modelinin formalaşdırılmasına yönəldilmişdir.

"Az çəki, çox həyat" - Klinik sübutlardan pasiyent ünsiyyətinə.

Konfransın diqqət mərkəzində olan sessiyalardan biri Novo Nordisk Satellit Paneli olmuşdur. "Az çəki, çox həyat: Klinik sübutlardan pasiyent ünsiyyətinə" adlı bu xüsusi panel çəki idarəetməsinin insan sağlamlığı və həyat keyfiyyəti üçün strateji əhəmiyyətini, metabolik və kardiovaskulyar göstəricilərə təsirini elmi faktlara əsaslanaraq nümayiş etdirmişdir.

Panel çərçivəsində klinik tədqiqat nəticələri, real həyat təcrübələri və müasir terapevtik yanaşmalar müzakirə edilmiş, artıq çəkinin tibbi müalicəsi xroniki xəstəlik kimi davamlı idarə olunmasının vacibliyi vurğulanmışdır.

Konfransın əsas dəstəkçilərindən biri olan Novo Nordisk, piylənmə ilə mübarizədə uzun illərə əsaslanan beynəlxalq təcrübəyə malikdir və elmi tədqiqatlara əsaslanan innovativ həllər təqdim edir. Şirkət qlobal səhiyyə icması ilə əməkdaşlıq çərçivəsində piylənmənin kompleks müalicəsi istiqamətində sistemli yanaşmanı təşviq edir.

Bu kontekstdə yaxın zamanda Azərbaycanda təqdim olunacaq müasir terapevtik vasitələrdən biri Wegovy preparatıdır. May ayından etibarən Avropa istehsalı olan bu preparat ölkəmizə gətiriləcək və artıq çəkinin idarə olunmasında innovativ yanaşmanı Azərbaycan səhiyyəsinə qazandıracaq

Klinik tədqiqatlara əsasən:

*Qısa müddətdə: 24 kq-a qədər çəki itkisi mümkündür, artıq 4-cü həftədən çəki itkisi başlayır, azalan çəkinin 84%-ı yağ kütləsi təşkil edir.

*Uzun müddətdə: Ürək-damar risklərinin (infarkt, insult və kardiovaskulyar ölüm) azalmasına müsbət təsir göstərir

Məhsulun təhlükəsizliyi 44 beynəlxalq klinik araşdırmada, 52 000-dən çox iştirakçı ilə təsdiqlənmişdir və bu günə qədər dünya üzrə 23 milyondan artıq insan tərəfindən istifadə olunmuşdur.

Qeyd edilməlidir ki, hər bir terapevtik müdaxilə yalnız həkim təyinatı və fərdi tibbi qiymətləndirmə əsasında həyata keçirilməlidir.

"Piylənmə tibbi-sosial problem kimi. Müalicəsində yeniliklər" Beynəlxalq konfransı bir daha göstərdi ki, piylənmə ilə mübarizə yalnız fərdi məsuliyyət deyil, həm də ictimai səhiyyə strategiyasının tərkib hissəsi olmalıdır.

Andop Piylənmə assosiasiyası təşəbbüsü ilə təşkil olunan bu platforma tibbi ictimaiyyət, ekspertlər və sənaye nümayəndələri arasında dialoqu gücləndirməklə yanaşı, elmi əsaslı məlumatın yayılmasına və pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verir.

Piylənmənin erkən mərhələdə aşkarlanması, düzgün analizi və müasir müalicə metodlarının tətbiqi gələcək nəsillərin sağlamlığında, Azərbaycan əhalisinin həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Chosen
4
far.az

1Sources