EN

"Barselona" 19 yaşlı Luka Vuşkoviçi transfer siyahısına daxil edib

İspaniyanın "Barselona" klubu Almaniya təmsilçisi "Hamburq"da çıxış edən Luka Vuşkoviçlə maraqlanır.

"Report" insayder Florian Plettenberqə istinadən xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi Kataloniya təmsilçisinin diqqətini cəlb edib.

Gənc oyunçu komandanın transfer siyahısında yer alır. Hazırkı ölkə çempionu yayda Vuşkoviçi heyətə cəlb etməyə çalışacaq.

Qeyd edək ki, xorvatiyalı müdafiəçi müqavilə ilə İngiltərənin "Tottenhem" klubuna məxsusdur və icarə əsasında Almaniya komandasında oynayır. Onun londonlularla 2030-cu ilin yayınadək müqaviləsi var.

Chosen
22
1
far.az

2Sources