EN

“Şamaxı”nın müdafiəçisi: “Penalti qol olsaydı…”

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Çox çətin və ağır oyun keçdi. İlk oyunda qələbə qazanmışdıq. Bu görüşdə isə qapımızda erkən qol gördük". Bu sözləri Sport24.az açıqlamasında "Şamaxı"nın müdafiəçisi Abdulla Rzayev deyib.Bölgə təmsilçisinin futbolçusu Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la cavab oyununu şərh edib:"Buna baxmayaraq, komanda yaxşı mübarizə apardı və hesabı bərabərləşdirdik. Hətta irəli də keçə bilərdik. Təəssüf ki, sonradan buraxdığımız qollar nəticəsində məğlub olduq. Penalti qol olsaydı, əlavə dəqiqələrdə şansımız ola bilərdi. Amma bu futboldur. Rossi hamıdan çox qol olmasını istəyirdi və "Neftçi" ilə oyunda bunu düzgün yerinə yetirmişdi. Bu dəfə isə alınmadı. Futbolda belə hallar olur"."Şamaxı" Bizon Azərbaycan Kubokubun 1/4 final mərhələsinin cavab görüşündə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
sport24.az

1Sources