EN

Məhşur qadın idmançılara verilən 8 mart hədiyyəsi

İngiltərəli qadın futbolçu Kloy Kelli Beynəlxalq Qadınlar Günü ərəfəsində qeyri-adi hədiyyə alıb.

Publika.az xəbər verir ki, idmançıya "Barbie" brendi tərəfindən xüsusi adlı kukla təqdim olunub. Beləliklə, şirkət öz sahələrində böyük uğurlar qazanmış və gələcək nəsillər üçün nümunəyə çevrilmiş qadınları dəyərləndirmək qərarına gəlib. Kelli üçün hazırlanan kukla dünyada tanınmış qadınların yer aldığı yeni "Barbie Dream Team" layihəsinin bir hissəsinə çevrilib.

Kelli ilə yanaşı, şəxsi kukla alanlar arasında tennis əfsanəsi Serena Uilyams və polşalı alpinist Zoya Skubis də var.

Şirkətin bəyanatında bildirilib ki, yeni layihə qızları böyük xəyallar qurmağa və öz imkanlarına inanmağa ruhlandırmalıdır: "Xəyal gerçəkdir və bunu sübut edən komandamız var. Beynəlxalq Qadınlar Günü ərəfəsində "Barbie" qürurla tarixdə ilk "Barbie Dream Team"i təqdim edir. Komandaya dünyanın müxtəlif ölkələrindən 8 qadın daxildir. Onların hər biri öz sahəsində böyük nailiyyətlər əldə edərək gələcək nəsil qızlar üçün yol açıb".

Komandaya həmçinin kosmos tədqiqatçısı və astronavt Kelli Cerardi, peşəkar avtoyarışçı Sia Reqina Siervent Alvarado, alman pop ulduzu Helene Fişer, avstraliyalı sörfçü Stefani Qilmor və hindistanlı kriketçi Smriti Mandjana də daxil edilib.

Chosen
10
publika.az

1Sources