EN

“Formula 1” filminin növbəti hissəsi üzərində iş başlayıb

Idman.biz saytına istinadən ain.az xəbər verir.

41 yaşlı “Ferrari” pilotu, britaniyalı Lyuis Hemilton “Formula 1” filminin davamı üzərində işlərin artıq başladığını açıqlayıb.

İdman.Biz bildirir ki, “Formula 1” filmi 2025-ci ildə rejissor Cozef Kosinski tərəfindən çəkilib. Filmdə Bred Pitt, Xavyer Bardem və Demson İdris rol alıblar.

“Biz artıq davamın ilk ssenarisi üzərində işləyirik. İlk dəfə, yəqin ki, ilin ikinci yarısının ortalarında və ya sonunda görüşdük. Mən, Cerri və Co (Kosinski) ssenarinin müxtəlif ideyalarını, fərqli istiqamətlərini müzakirə etdik. Sonra isə Eren (Krüger) ilə dəfələrlə görüşdük. Bu, çox həyəcanvericidir. Əvvəllər də belə şeylərdən keçsəm də, bunu səbirsizliklə gözləyirəm. İlk dəfə çox gərgin idi. İndi buna öyrəşmişəm. Ona görə də nə gözləməli olduğumu bilirəm”, - Hemilton deyib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
icma.az

2Sources