EN

ABŞ Mərkəzi Komandanlığı: İran Hərbi Dəniz Qüvvələrinə qarşı zərbələrimiz güclənib

Vaşinqton, 6 mart, AZƏRTAC

ABŞ qüvvələri bu günə qədər İranın 30-dan çox gəmisini, o cümlədən təxminən İkinci Dünya müharibəsi təyyarədaşıyan gəmisi böyüklüyündə bir İran pilotsuz təyyarədaşıyan gəmisini batırıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper deyib.

“Əməliyyatın son 24 saatı ərzində başlanğıc nöqtəmizlə müqayisədə ballistik raket hücumları ilk gündən bəri 90 faiz, pilotsuz uçuş aparatı hücumları ilk gündən bəri 93 faiz azalıb. Bununla belə, biz ayıq-sayıq qalırıq. İran Hərbi Dəniz Qüvvələrinə qarşı zərbələrimiz güclənib”,- deyə o bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
33
3
azertag.az

4Sources