ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatda 50 mindən çox amerikalı hərbçi iştirak edir.
APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Florida ştatında keçirilən mətbuat konfransında bildirib.
O çıxışının əvvəlində qeyd edib ki, əməliyyatda iştirak edən 50 mindən çox hərbçini təmsil etmək onun üçün böyük şərəfdir.
Admiral Kuper bildirib ki, ABŞ hərbçiləri hazırda regionda həyata keçirilən əməliyyatlarda aktiv iştirak edirlər.