EN

Heqset: İran ABŞ-nin F-15 qırıcısını vurmayıb

BAKI, 6 mart. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset İranın ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısını vurması ilə bağlı məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, Pit Heqset bu barədə Floridada keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, İranın dövlət televiziyası tərəfindən yayılan ABŞ qırıcısının vurulması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Heqset bildirib ki, "United States Central Command" da bu məlumatların yanlış olduğunu təsdiqləyib.

Chosen
77
teleqraf.com

1Sources