EN

Durovun “TikTok” hesabı bloklandı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Telegram” messencerinin qurucusu Pavel Durovun rəsmi “TikTok” hesabı gözlənilmədən bloklanıb.

“Qafqazinfo” xəbər verir ki, bloklanma zamanı Durovun hesabının təxminən 156 min izləyicisi olub.

Hazırda sosial şəbəkə rəhbərliyi hesabın hansı səbəbdən məhdudlaşdırılması ilə bağlı rəsmi açıqlama verməyib.

Hadisə “TikTok”un ABŞ bölməsinin satışı ətrafında baş verən mühüm dəyişikliklər fonunda diqqət çəkib. Belə ki, bu ilin yanvar ayında platformanın Amerika seqmenti ayrı bir quruma – “TikTok USDS Joint Venture” MMC-yə keçib.

Xatırladaq ki, Co Bayden administrasiyası 19 yanvar 2025-ci ildə şirkətin amerikalı alıcılara satılmaması səbəbindən tətbiqin ölkədə qadağan edilməsi barədə qərar vermişdi. Lakin yanvarın 20-də Ağ Evə qayıdan Donald Tramp dərhal bu qadağanı ləğv etmiş, nəticədə “Oracle” və digər ABŞ investorlarının iştirakı ilə yeni birgə müəssisə yaradılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
95
qafqazinfo.az

1Sources