EN

Antalya çimərliklərində təhlükə

ain.az bildirir, 525.az portalına istinadən.

Antalya çimərliklərində insanlara təhlükə yarada biləcək meduzalar peyda olub.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Akdeniz Universitetinin alimi Mehmet Göyoğlu bildirib.

Alimin sözlərinə görə, axınlar və 10 gün əsən güclü külək Aralıq dənizindən Süveyş kanalı vasitəsilə Antalya sahillərinə xeyli meduza gətirib. 10 kq ağırlığı və yarım metr olan zəhərli  tentakullaları olan meduzalar insanlar üçün birbaşa təhlükə mənbəyidir.

Qeyd edək ki, alim meduzaların bu ərazilərdən iyunda - suyun temperaturu artanda uzaqlaşacağını da söyləyib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
86
525.az

1Sources