Bakı, 5 mart, AZƏRTAC
Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:
sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;
üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.
Uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə ətraflı məlumat paylaşılacaq.