EN

“Vest Hem”də Adama Traoreyə qadağa

İngiltərə təmsilçisi “Vest Hem” futbolçusu Adama Traore ilə bağlı maraqlı qərar qəbul edib.

"Unikal" xəbər verir ki, klub rəhbərliyi ispaniyalı vingerin məşq bazasında ağırlıq qaldırmasını qadağan edib. Qərarın səbəbi futbolçunun onsuz da güclü və əzələli bədən quruluşuna sahib olmasıdır.

Komandanın baş məşqçisi Nunu Eşpiritu Santu məsələ ilə bağlı bildirib ki, Traorenin genetikası kifayət qədər güclüdür və əlavə ağırlıq məşqlərinə ehtiyac yoxdur.

Onun sözlərinə görə, futbolçu yalnız zədələrin qarşısını almağa yönəlik məşqlər edəcək, lakin ağır çəkilərlə çalışmayacaq.

Chosen
128
unikal.az

1Sources