EN

İordaniya XİN Azərbaycanın İran tərəfindən hədəf alınmasını kəskin şəkildə qınayıb

Qahirə, 5 mart, AZƏRTAC

İordaniya Haşimilər Krallığı Türkiyə və Azərbaycanın İran tərəfindən hədəfə alınmasını ən sərt ifadələrlə pisləyib.

AZƏRTAC xəbər verir ki, İordaniya Xarici İşlər Nazirliyi bu hücumların hər iki dövlətin suverenliyini kobud şəkildə pozduğunu, eyni zamanda regionun təhlükəsizliyi və sabitliyini təhdid etdiyini, eləcə də təhlükəli eskalasiyaya yol açdığını bildirib.

Nazirlik, həmçinin İordaniyanın Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu vurğulayıb, onların suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının qorunması istiqamətində gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
59
4
azertag.az

6Sources