EN

Tolikin yeni layihəsi bəlli oldu

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) yeni layihəsi ilə yenidən izləyicilərin qarşısına çıxmağa hazırlaşır.

Heftelik.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Tarix Əliyev bildirib ki, yaxın vaxtlarda “Səmimi” adlı “YouTube” layihəsi yenidən yayımlanacaq.
“Bir zamanlar efirə çıxan müğənniləri tənqid edənlər bu gün özləri hər gün verilişlərdədirlər. Amma çox maraqsız efirlər təqdim olunur. Darıxmayın, tezliklə mənim ‘Səmimi’ “YouTube” layihəm yenidən yayımlanacaq”, – deyə Tarix Əliyev qeyd edib.
Qeyd edək ki, bu gün Tarix Əliyev aparıcısı olduğu “Tarixin bir günü” proqramının canlı yayımında tamaşaçıları ilə vidalaşıb və Space TV-dən getdiyini açıqlayıb.
Chosen
13
6
heftelik.az

7Sources