EN

Azərbaycan Kuboku: ”Turan Tovuz” və “Qəbələ” YARIMFİNALDA - FOTO/VİDEO

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçirilib.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

"Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" isə "Qəbələ"nin qonağı olub. Əsas və əlavə vaxtı bərabərliklə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında daha dəqiq olan qonaqlar yarımfinala yüksəlib.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab oyunları

5 mart

14:30 "Kəpəz"- "Turan Tovuz" 0:2

Qollar: Xorxe Silva 13, Hayderson Hurtado, 50

İlk oyun 0:1

Yevlax şəhər stadionu

18:00 "Qəbələ" - "Sabah" 3:3

Qollar: İsmael Akinade, 88, 90, Nuğaay Rəşidov, 114 - Timoteuş Puxaç, 31, 62, Coy Lens Mikels, 105

Qırmızı vərəqə: Adriel Ba Lua, 48

Penaltilər seriyası: 2:4

İlk oyun 0:0

Qəbələ şəhər stadionu













Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
17
2
bizim.media

10Sources