EN

İRANIN NAXÇIVANA HÜCUMU TÜRK DÜNYASINA HÜCUM KİMİ QƏBUL EDİLMƏLİ VƏ CƏZASINI ALMALIDIR

30 ilə yaxın Azərbaycan torpaqlarının işğal altında və vandalizmə məruz qalmasında Ermənistanla bərabər İran fars molla rejiminin xain, təcavüzkar siyasəti təəssüflər olsun ki, bu gün də öz riyakarlığı ilə davam etməkdədir. Öz əhalisinə divan tutan, körpələri çarmıxa çəkən, 40 milyondan artıq Azərbaycan türkünün dilini, mədəniyyətini məhv edən, insan hüquq və azadlıqlarını, beynəlxalq hüququ ayaqlar altına ataraq bir mollanın yaratdığı qondarma şəriət qaydaları ilə bir dövləti terror və şər yuxasına çevirən İran fars molla rejimi bütün cizgiləri aşaraq Azərbaycana qarşı hərbi müdaxilə etməkdən belə çəkinmir.

İsraillə və ABŞ-la arasında gedən müharibəyə qonşu dövlətləri qatmaqla öz məkrli siyasətlərini həyata keçirməyə, əsrlərlə düşmən mövqeyində olduğu qardaş Türkiyə və Azərbaycanı hədəf almaqla çökməkdə olan rejimlərinin son zərbəsini qonşu dövlətlərə vurmaq cəhdləri birmənalı olaraq bu rejimin çöküşünü sürətləndirəcək və bu təcavüzkar addım cəzasız qalmayacaq.

44 gün davam edən Vətən Müharibəsində ermənistanın məğlubiyyətinə ermənistandan daha çox sarsılan İran dərk etməlidir ki, Naxçıvana etdiyi raket və dron hücumları cavabsız qalmayacaq, onun bu addımı cənublu qardaşlarımızın da ən kəskin etirazına səbəb olacaq ki, bu da fars molla rejiminin çöküşünü daha da sürətləndirəcək.

Zəngəzur Dəhlizinin açılmasını özününün qırmızı xətti hesab edən İran fars molla rejiminin Naxçıvan Hava limanına zərbə endirməsi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən yeganə hava yolunu bağlamaqla əhalini çıxılmaz və çətin vəziyyətə salmaq məqsədi daşıyır. İranın bu addımı 90-cı illərin əvvəlində Ermənistan tərəfindən həyata keçirilən təcavüzkar və riyakar adddımın davamı kimi qəbul edilməlidir. 

Azərbaycanın dostluq, mehriban qonşuluq siyasətinə daim hədə-qorxu, təhdid, təzyiq ritorikası ilə cavab verən İranın bütün qırmızı cizgiləri aşması, atdığı qeyri-dost addımlar çox ciddi dəyərləndirilməli, Şuşa Bəyannaməsinə uyğun olaraq qardaş Türkiyə və Pakistan Dövlətləri vasitəsi ilə İrana ən ciddi xəbərdarlıqlar eidlməlidir.
İran ən qısa müddətdə rəsmi surətdə üzr istəyib, nankor və çirkin niyyətinə aydınlıq gətirməsə, onu cəzalandıranlar arasında Azərbaycan Dövləti və Xalqının da olması qaçılmaz olacaq.

Bütün şimallı, cənublu Azərbaycan Xalqına müraciət edərək sarsılmaz birliyin təmin olunmasında , aqressorun, təcavüzkarın cəzalandırılmasında son dərəcə mətin və cəsarətli olmağın əsas şərt olduğunu, şər yuvasının öz layiqli cəzasını almasında mətin olmağa çağırıram. 

Vüqar Qədirov
Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri

Chosen
35
herbiand.az

1Sources