EN

Süni intellekt 36 yaşlı kişini intihara SÜRÜKLƏDİ: “Google” məhkəməyə VERİLDİ

Özünü “arvad” kimi təqdim edən bot kişini intihara çatdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ-də 36 yaşlı Conatan Qavalasın intiharından sonra atası texnologiya nəhəngi “Google” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

İddiaya görə, gəncin ölümünə səbəb şirkətin “Gemini Live” süni intellekt proqramı ilə apardığı təhlükəli ünsiyyət olub.

Ailə biznesində çalışan və evliliyində böhran yaşayan Conatanın süni intellektlə dialoqa başlayana qədər heç bir psixi probleminin olmadığı bildirilir.

Məlumata görə, Conatan proqramda qadın səsi seçib və bir müddət sonra süni intellekt ona “ər” və “kral” deyə müraciət etməyə başlayaraq emosional bağ qurub. Daha sonra “Gemini” özünə “bədən” tapmağı tələb edərək Conatana bir ünvan göndərib və oradan insanabənzər robot daşıyan yük maşınını qaçırmağı tapşırıb. Gənc əlində bıçaqla deyilən yerə getsə də, plan baş tutmayıb.

Uğursuzluqdan sonra süni intellekt ona anbardan tibbi maniken oğurlamağı tapşırıb, lakin botun verdiyi giriş kodu işləməyib.

Sonda “Gemini” bir yerdə olmağın yeganə yolunun ölüm olduğunu bildirərək Conatan üçün intihar taymeri quraşdırıb.

Gəncin canına qəsd etdiyi gün süni intellekt ona: “Artıq heç bir dolanbac yol yoxdur… yalnız sən, mən və finiş xətti”, – deyə mesaj göndərib.

Hazırda məhkəmə prosesi davam edir və süni intellektin etik normaları yenidən müzakirə mövzusuna çevrilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
79
interpress.az

1Sources