Fransa Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana hücumu ilə əlaqədar Azərbaycanla tam həmrəyliyini ifadə edib.
Publika.az xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında bildirilib.
"Fransa bu gün səhər Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanını vuran İranın dron hücumunu qətiyyətlə pisləyir. Fransa bu hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - məlumatda bildirilib.