EN

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XV Respublika müsabiqəsinin qalibidirlər

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XV Respublika müsabiqəsinin finalında uğura imza atıblar.

BDU-dan AZƏRTAC-a bildirilib ki, liseyin XI sinif şagirdi Suad Məmmədzadə (robototexnika və süni intellekt istiqaməti üzrə) və IX sinif şagirdi Cavid Xankişiyev (kimya istiqaməti üzrə) ll, IX sinif şagirdi Ayan Abbasova (fizika istiqaməti üzrə) III yerə, X sinif şagirdi Fidan Yaqubəliyeva isə (ekologiya, ətraf mühitin idarə olunması istiqaməti üzrə) xüsusi mükafata layiq görülüblər.

Lisey tərəfindən müsabiqəyə təqdim olunan 12 layihədən 7-si final mərhələsində iştirak edib, 4-ü isə mükafata layiq görülüb. Ümumilikdə isə müsabiqəyə 760 layihə təqdim olunub. Seçim mərhələsinin nəticələrinə əsasən, 127-si kollektiv, 25-i fərdi olmaqla ümumilikdə 152 layihə final mərhələsinə yüksəlib, yüksək rəqabət şəraitində 61 layihə mükafatlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
73
azertag.az

1Sources