EN

“Elçini bilərəkdən narkotikə qurşatdılar ki, MƏHV OLSUN”

Müğənni İntiqam Kərimov "Öz aramızda" verilişində canlı yayım zamanı səsləndirdiyi açıqlamalarla diqqət çəkib.

Sənətçi mərhum müğənni Elçin Cəlilov haqqında sensasiyalı iddialar səsləndirib.

Kərimov bildirib ki, Elçin Cəlilov sənət fəaliyyətinin bir dövründə qəsdən pis vərdişlərə yönləndirilib.

Onun sözlərinə görə, bu addımların arxasında sənətdə rəqabət aparan şəxslər dayanıb:

"Cıdır restoranında oxuyurdu. Deyilənə görə, yeməyinə bilərəkdən narkotik qatırdılar. Bunu qəsdən edirdilər ki, sənətdən uzaqlaşsın. Rəqibləri onun səhnədə olmasını istəmirdi, beləcə rəhmətə getdi", - deyə müğənni iddia edib.

İntiqam Kərimov əlavə edib ki, bu hadisələrin nəticəsi olaraq Elçin Cəlilovun həyatı faciə ilə başa çatıb.

Qeyd edək ki, səsləndirilən fikirlər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub./Milli.az/

Chosen
5
3
musavat.com

4Sources