EN

İrandan Avropaya: Bədəlini ödəyəcəksiniz!

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropa Birliyi ölkələri hücumlar barədə səslərini çıxarmasalar, bədəlini ödəyəcəklər.

Axar.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“AB ölkələri ABŞ-İsrail hücumları barədə səssiz qalsalar, gec-tez bunun bədəlini ödəyəcəklər", - o bildirib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

İran cavab olaraq ABŞ-ın bölgədəki hərbi bazalarına və İsrailə zərbələr endirir. Tehran bir çox halda qonşularının mülki infrasturkturunu da vurur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
axar.az

1Sources